Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Axtarışa verilən meyxanaçı ilə bağlı GÖZLƏNİLMƏZ QƏRAR: Axtaran tapar - FOTO

Axtarışa verilən meyxanaçı ilə bağlı GÖZLƏNİLMƏZ QƏRAR: Axtaran tapar - FOTO

Tarix: 13 Mart 2020 10:18

7 ildir Rusiyada yaşayan Vahid Qədimdən xəbər var.

Sonxeber.net xəbər verir ki, qanun pozuntusuna görə axtarışda olan meyxana ustasının işinə xitam verilib. Bu barədə Vahid Qədim özü məlumat verib. Meyxanaçı sosial şəbəkə hesdabında "Daha axtarmırlar. Belə də ki, axtaran tapar" sözlərini yazıb:

Xatırladaq ki, 2015-ci ildə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən axtarışa verildiyi qeyd edilən və uzun müddətdir Rusiyada yaşayan tanınmış meyxanaçı Vahid Qədimlə bağlı Daxili İşlər Nazirliyi ötən il reaksiya vermişdi.

Nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə Vahid Səfərovun (Qədim) BŞBPİ tərəfindən axtarışa verilməsi barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirmişdi:

"Yayılan məlumatlarla bağlı qeyd etmək istəyirik ki, Vahid Səfərov paytaxt polisi tərəfindən deyil, Nizami Rayon İcra və Probasiya şöbəsindən daxil olan qərar əsasında, mülki-hüquqi öhdəliklərin icrasından yayınan şəxs kimi Xətai Rayon Polis İdarəsi tərəfindən axtarışa verilib. Ölkəyə qayıdacağı təqdirdə, saxlanılaraq adıçəkilən şöbəyə təhvil veriləcək".

Məhəmməd Vaqif


Etiketlər:  Axtarışa verilən meyxanaçı ilə bağlı GÖZLƏNİLMƏZ QƏRAR Axtaran tapar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ