Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2020 22:02
Bakıda keçirilməsi planlaşdırılan karate üzrə Avropa çempionatı ləğv olunub.
Qol.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov məlumat verib. O bildirib ki, belə bir qərar koronavirus infeksiyası ilə əlaqədar qəbul olunub.
İ.Məmmədov 5 - 7 iyunda nəzərdə tutulan "Formula 1" üzrə Azərbaycan Qran-prisi barədə hələ qərar qəbul olunmayıb.
Qeyd edək ki, karate üzrə Avropa çempionatı 25 - 29 martda keçirilməli idi (Report).