Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2020 10:10
Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, rayon sakini 1972-ci il təvəllüdlü Dünyamalıyev Aqil Bəhlul oğlu idarə etdiyi "VAZ 2106" markalı 33 BR 117 dövlət nömrə nişanlı avtomobillə Kürdəmir rayonunda "köhnə bazar" adlanan ərazidə hərəkətdə olarkən yolu keçən Babayev Sahib Zöhrab oğlunu vurub.
Piyada aldığı xəsarətlərlə xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlayıb.