Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda aerobika gimnastikası üzrə AÇ-ın böyüklər arasında üçlük, qrup və aero dans proqramlarının qalibləri mükafatlandırılıb (FOTO)

Bakıda aerobika gimnastikası üzrə AÇ-ın böyüklər arasında üçlük, qrup və aero dans proqramlarının qalibləri mükafatlandırılıb (FOTO)

Tarix: 26 May 2019 20:12

Bakı. Cani Babayeva - Trend:

Bu gün Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatının böyüklər arasında trio, qrup və aero dans proqramları üzrə mükafatlandırma mərasimi keçirilib.

Trend-in məlumatına görə, trio proqramında birinci yerə Macarıstan idmançıları, ikinci yerə Rusiya gimnastları (ikinci komanda), üçüncü yerə isə rumıniyalı idmançılar (ikinci komanda) yüksəlib.

İdmançıları Avropa Gimnastika İttifaqının (UEG) mətbuat xidmətinin rəhbəri Tina Gerets, UEG-in aerobika gimnastikası üzrə Texniki Komitəsinin üzvü Monika Vitoff və Azərbaycanın əməkdar artisti, Bakıda 16-22 sentyabr tarixlərində Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Çempionatının səfiri Miri Yusif mükafatlandırıblar.

Qruplar arasında qızıl medalı Rumıniya gimanstları qazanıblar, gümüş və bürünc medalların sahibləri müvafiq olaraq Bolqarıstan və Rusiya gimnastları olub.

Mükafatları idmançılara UEG-in aerobika gimanstikası üzrə Texniki Komitəsinin başçısı Mariya Kristina Kazentini, yüksək münsiflər heyətinin üzvü Dimitrina Kandeva və Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə təqdim ediblər.

Aero dans proqramında qızıl medalı azərbaycanlı gimnastlar qazanıb, ikinci yerdə Rusiya komandası, üçüncü yerdə isə Rumıniya komandası qərarlaşıb.

Qalib və mükafatçıları UEG-in vitse-prezidenti Mişel Butar, UEG-in aerobika gimnastikası üzrə Texniki Komitəsinin üzvü Alina Draqan və Azərbaycan Gimnastika Federasiyasının İcra Komitəsinin üzvü Mariana Vasileva təltifləndiriblər.

Həmçinin "SmartScoring Shooting Star" nominasiyasında mükafatlandırma keçirilib. Mükafata Daniel Bali (Macarıstan) və Mikela Kastoldi (İtaliya) laiq görülüblər.

Mükafatı "SmartScoring" nümayəndəsi Kamran Ramazanov təqdim edib.Bu mükafat müstəsna çıxışlara görə verilir.


Etiketlər:  Bakıda aerobika gimnastikası üzrə ın böyüklər arasında üçlük qrup aero dans proqramlarının qalibləri mükafatlandırılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ