Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın aerobika gimnastikası üzrə baş məşqçisi: Qələbəyə inanırdıq

Azərbaycanın aerobika gimnastikası üzrə baş məşqçisi: Qələbəyə inanırdıq

Tarix: 26 May 2019 21:08

Bakı. Cani Babayeva - Trend:

Bu gün yarışlara gəlib və komandamıza dəstək olan azarkeşlərə minnətdarlığımı bildirmək istəyirmə.

Bunu Trend-ə Azərbaycanın aerobika gimnastikası üzrə baş məşqçisi Mariyan Kolev deyib.

Xatırladaq ki, Azərbaycan gimnastları aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatında böyüklər arasında aero dans proqramında qızıl medal qazanıblar.

Baş məşqçi deyib: "Azarkeşlərin dəstəyi bizim üçüm çox vacibdir. Əlbəttə, bütün idmançılar çox çalışıb, səylə məşq edib, yarışa hazırlaşıb. Biz qələbəyə inanırdıq, mən şadam ki, biz çempion olduq".

Mariyan Kolev qeyd edib ki, hərəkətləri sinxron şəkildə yerinə yetirərək aero dans proqramında çıxış etmək çətin məsələdir: "Bizə seçdiyimiz musiqi kömək etdi, uşaqlar urəkdən çıxış edirdirlər".

Bakıda Milli Gimnastika Arenasında 24-26 may tarixlərində aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilib. Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnast iştirak edib.

Üçgünlük çempionatda böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step proqramlarında çıxış ediblər.

Azərbaycanı Avropa Çempionatında 17 gimnast təmsil edib - Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli, Elçin Məmmədov, Mədinə Mustafayeva, Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanın aerobika gimnastikası üzrə baş məşqçisi Qələbəyə inanırdıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ