Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran-Pakistan sərhədi bağlandı

İran-Pakistan sərhədi bağlandı

Tarix: 14 Mart 2020 15:48

Bakı. Elnur Bağışov - Trend:

İran və İraq arasında sərhəd gömrüyü bağlanıb.

Trend-in məlumatına görə, bunu İranın Gömrük Administrasiyasının sözçüsü Ruhulla Lətifi deyib. Onun sözlərinə görə, Pakistan ilk öncə İranın yük maşınlarının Pakistan ərazisinə keçə biləcəklərini elan etmişdi.

Lətifi əlavə edib ki, bu gündən İran yük maşınlarını qəbul etmir və yalnız Pakistanda qalan İran yük maşınlarının İrana qayıdışına icazə verir.

Gömrük rəsmisi bildirib ki, hazırda İranın Pakistanla sərhədində 900 yük maşını qalıb və onların əksəriyyətinin yükü neft-kimya, karbohidrogen və maye qaz məmulatlarıdır.

Xatırladaq ki, bundan öncə İran-Pakistan sərhədi piyadalar üçün də bağlanmışdı.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi bu günədək (14 mart) 12 729 nəfərin yeni koronavirusa yoluxduğunu, 611 nəfərin öldüyünü və 4 339 nəfərin sağaldığını təsdiqləyib. İranda yeni koronavirusun yayılması ilə qonşu ölkələr İranla sərhədlərdə məhdudiyyətlər tətbiq ediblər.


Etiketlər:  İran Pakistan sərhədi bağlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ