Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dominikan bir sıra ölkələrlə hava əlaqəsini dayandırıb

Dominikan bir sıra ölkələrlə hava əlaqəsini dayandırıb

Tarix: 15 Mart 2020 06:40

Bakı. Trend:

Dominikan Respublikasının hökuməti ölkədə yeni növ koronavirusun yayılmasının qarşısını almaq üçün Avropanın bütün ölkələri, Çin, Koreya Respublikası və İran ilə hava əlaqəsinin dayandırılmasını qərara alıb.

Trend-in məlumatına görə, bu barədə yerli "Nou" nəşri xəbər verib.

Bildirilir ki, bu tədbirlər fevralın 17-də qüvvəyə minəcək və 30 gün müddətində qüvvədə olacaq. Respublika rəhbərliyi aviauçuşların dayandırılması müddətinin uzadılmasını istisna etmir.

Xaricdən ölkəyə geri dönən bütün Dominikan tələbələri gəldikdən sonra 15 gün ərzində evdə qalmalıdırlar. Hazırda ölkədə koronavirusa yoluxan 11 nəfər var.


Etiketlər:  Dominikan sıra ölkələrlə hava əlaqəsini dayandırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ