Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Millət vəkili Azərbaycan gimnastlarını təbrik edib

Millət vəkili Azərbaycan gimnastlarını təbrik edib

Tarix: 27 May 2019 09:56

Bakı. Trend:

2019-cu ilin 24-26 may tarixlərində Bakı şəhərində növbəti mötəbər idman yarışı təşkil olunub.

Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilib. Çempionatda 22 ölkədən 400-ə yaxın böyük və gənc idmançı iştirak edib.

Azərbaycan milli komandası bu çempionatda ən yüksək nəticə göstərərək böyüklər arasında aero dans proqramında qızıl medala sahib olublar.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Azərbaycan Gimnastika Federasiyasına rəhbərliyə keçəndən sonra Azərbaycanda bu idman növü sürətlə inkişaf etməyə başlayıb və Azərbaycan gimnastları müxtəlif səviyyəli yarışların qalibi olurlar.

Azərbaycan gimnastlarının bu növbəti qələbəsi münasibəti ilə yığma komandamızın üzvlərini, Gimnastika Federasiyasının rəhbərliyini təbrik edir, onlara növbəti yarışlarda uğurlar arzu edirəm.

Millət vəkili

Rauf Əliyev

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Millət vəkili Azərbaycan gimnastlarını təbrik edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ