Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2020 14:15
Mənə seçilməyim barədə məlumat veriləndə inanmadım. Zarafat olduğunu düşündüm. Birinci nöqsanlarımı dedilər. Mən daha çox MDB və türkdilli ölkələrdə olduğum üçün rus, türk dillərində danışmışam. Bu səbəbdən ingilis dilini unutmuşdum. İndi müəllimlə çalışıram.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri "Eurovision- 2020" iştirakçısı Samirə Əfəndi "Fatehin divanı" proqramına qonaq olarkən söyləyib.
Samirə qeyd edib ki, mahnısında marağa səbəb olan Buddizm mantrasını o, ifa edib:
"İndi qrafikim çox doludur. Hər saniyə çalışırıq. Yatmağı çox sevən bir insan kimi yuxuya həsrət qalmışam. Mahnını çox sevirəm, məndən bəhs edir. Mən özümü belə görürdüm! Tamaşaçı fikri önəmlidir. Belə səs-küy yaradacağını gözləmirdim. Trenddəyik, irəli gedirik. Bəstədə Buddizm mantrası (Nam Myōhō Renge Kyō") var. Əslində, mən oxumuşam, sadəcə olaraq, o ifadəni dəyişdilər".
Əfəndi klipin fevral ayında çəkildiyini, çətinliklə üzləşdiyini bildirib: "Klip Qobustanda çəkilib. Fevral ayı idi, Xəzər və Qobustanın küləyi orada idi. Dəhşətli soyuqda vanna səhnəsi çəkildi. Suyun içində... Mahnının səsyazma anında vokal müəllimin ideyası oldu ki, "Cleopatra" deyərkən "R" hərfini xüsusi vurğulayım".