Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milli Məclisdə koronavirusla bağlı tədbirlər müzakirə olunur (ƏLAVƏ OLUNUB)

Milli Məclisdə koronavirusla bağlı tədbirlər müzakirə olunur (ƏLAVƏ OLUNUB)

Tarix: 16 Mart 2020 16:16

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisin Səhiyyə və Hüquq siyasəti və dövlət quruculuğu komitələri koronavirus (COVID-19) infeksiyası ilə mübarizə məsələsini müzakirə edir.

Trend-in məlumatına görə, qapalı keçirilən iclasda, həmçinin virusun yayılmasının qarşısının alınması ilə bağlı ölkədəki mövcud vəziyyət və görüləcək tədbirlər ətrafında müzakirələr aparılır.

TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı görülən işlər barədə məlumat verib. O bildirib ki, koronavirusla bağlı ölkədə bütün ehtiyat tədbirləri görülüb.

Qeyd edək ki, koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib ki, virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb.

Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.


Etiketlər:  Milli Məclisdə koronavirusla bağlı tədbirlər müzakirə olunur ƏLAVƏ OLUNUB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ