Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Android Go” sistemi ilə işləyən ucuz “Nokia C2” smartfonu elan edilib

“Android Go” sistemi ilə işləyən ucuz “Nokia C2”  smartfonu elan edilib

Tarix: 16 Mart 2020 17:09

“Nokia” şirkətinin Londonda keçiriləcək təqdimatında yalnız qabaqcıl modellər deyil, həm də daha ucuz smartfon nümayiş etdiriləcək. Sözügedən tədbirin keçirilməsindən əvvəl artıq “Nokia C2 4G” modelinin bütün xüsusiyyətləri məlum olub.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Android 9 Pie” (“Go Edition”) sisteminin idarəetməsi altında işləyən smartfon HD+ təsvir ölçüsünə malik və tərəflər nisbəti 18:9 olan 5,7 düymlük IPS displey, 1,4 QHs takt tezliyində işləyən dördnüvəli “UNISOC” prosessoru, 1 QB əməli yaddaş və 16 QB daxili yaddaşla (“microSD” yaddaş kartı vasitəsilə daxili yaddaşın tutumunu 64 QB-dək artırmaq mümkündür) təchiz ediləcək.
 
Smartfon 5 meqapiksellik (mp) əsas kamera (f/2.2) və eyni təsvir ölçüsünə malik ön kameraya malikdir. “Nokia C2” cihazı 2800 milliamper/saat tutumunda çıxarılıb-taxılan akkumulyator, 3,5 mm-lik audio konnektor və “Google Assistant” səs köməkçisinin işə salınması üçün xüsusi düymə ilə təchiz ediləcək.
 
“Nokia C2” smartfonunun texniki xüsusiyyətləri aşağıdakı kimidir:
Ekran: IPS, 5,7 düym, 18:9 Prosessor: dördnüvəli “UNISOC” (1,4 QHs) Əməli yaddaş: 1 QB Daxili yaddaş: 16 QB (“microSD” yaddaş kartı vasitəsilə 64 QB-dək artırıla bilər) Akkumulyator: 2800 milliamper/saat Əsas kamera: 5 mp (f/2.2) Ön kamera: 5 mp Əməliyyat sistemi: “Android 9 Pie Go Edition” Əlaqə: “4G VoLTE”, “Wi-Fi 802.11b/g/n”, “Bluetooth 4.2”, “GPS” Konnektorlar: micro USB, 3,5 mm Əlavə olaraq: FM radio, “Google Assistant” düyməsi Ölçü: 154,8 x 75,59 x 8,85 mm Çəki: 161 qram Emil Hüseynov




Etiketlər:  Android sistemi ilə işləyən ucuz Nokia smartfonu elan edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ