Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2020 05:52
Bakı. Trend:
Çin Xalq Respublikasında COVİD-19 virusuna yoluxmanın təsdiqlənmiş hallarının sayı 80 881-ə çatıb, onlardan 3 226 nəfəri dünyasını dəyişib, 68,8 mindən çoxu müalicə olunub və xəstəxanalardan buraxılıb.
Trend-in məlumatına görə, bu barədə ölkənin Dövlət Səhiyyə Komitəsi xəbər verir.
Son gün ərzində Çində 21 yeni koronavirusa yoluxma halı aşkar edilib, 13 nəfər ölüb, 930 xəstə sağalıb.
Epidemiyanın ocağı olan Hubey əyalətində gün ərzində 1 yoluxma halı (Vuhan şəhərində) təsdiqlənib, 893 nəfər (Vuhanada 836) sağalıb, 12 ölümcül hal (Vuhan şəhərində 11) qeydə alınıb. Epidemiyanın başlanmasından indiyədək vilayətdə 67 799 yoluxma halı (Vuhanada 50 004) aşkar edilib, 55 987 xəstə sağalıb, 3 111 nəfər dünyasını dəyişib (Vuhanada 2 480 nəfər). Hazırda vilayətdə 8 701 nəfər xəstə müalicədədir, onlardan 2 872 nəfəri ağır vəziyyətdədir.