Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Apple koronavirusa görə, işçilərinə evdən işləməyi tövsiyə etdi

Apple koronavirusa görə, işçilərinə evdən işləməyi tövsiyə etdi

Tarix: 17 Mart 2020 07:52

Apple şirkəti koronavirus çaxnaşmasına görə, Apple Park kompleksində işləyənləri "evdən işə" təşviq etməyə başladığı iddia edildi. Şirkətdən bu mövzuda rəsmi bir şərh verilməsə də, çağırışın bir zərurət deyil, tövsiyə olduğu ifadə edilir.

Çin Xalq Respublikasının Vuhan şəhərində ortaya çıxdıqdan sonra bütün dünyaya yayılan koronavirusu (COVID-19) ABŞ-da da yayılır. Son olaraq Apple şirkətinin rəhbərliyinin, Kaliforniyadakı Apple Park kompleksində işləyənlərinə "evdən işləməyi" tövsiyə etdiyi məlum oldu.

Mövzunu ilk gündəmə gətirən, Bloomberg şirkətinin Apple müxbiri Mark Qurman oldu. Tvitter hesabından bir məlumat paylaşan Qurman, Apple şirkətinin Silikon Vadisindəki Apple Park kompleksində işçilərə, "əlavə bir tədbir" olaraq evdən işləməyə təşviq etdiyini yazdı. Daha sonra da Business Insider mövzu ilə əlaqədar bir xəbər yaydı. Satış mağazalarının isə, açıq qalacağı ifadə edildi.


Etiketlər:  Apple koronavirusa görə işçilərinə evdən işləməyi tövsiyə etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ