Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2020 08:16
Yaponiyanın aparıcı avtomobil istehsalçısı "Toyota Motors" bu il 3,2 milyon avtomobilini geri çağırmağı planlaşdırır.
Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, buna səbəb nəqliyyat vasitələrinin yanacaq nasoslarında problem olmasıdır.
Söhbət əsasən 2013-cü ildən əvvəl istehsal olunmuş avtomobillərdən gedir.
Xatırladaq ki, "Toyota" yanvarda təkcə ABŞ-dan 696 minə yaxın avtomobili geri çağıracağını bildirsə də, hazırda bu ölkədən geri çağrılan avtomobillərin sayı 1,8 milyona çatıb.