Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2020 08:52
Araşdırmaçılar, səs dalğalarını istifadə edərək ətrafındakı obyektləri və mövqesini anlaya bilən və buna görə hərəkət edə bilən dronlar yaratdı. Beləcə dronların öz başlarına hərəkət edə bilmələri üçün əhəmiyyətli bir addım atılmış oldu.
Bu texnologiyanın yeni nümunələri ortaya çıxır və texnologiyanın yeni istifadə sahələri ola biləcəyi görünür. Alimlər və mühəndislər də daha inkişaf etmiş dronlar yaratmaq üçün işləyir.
Purdue Universitetinin mühəndisləri, dronları dinamik və dörd mikrofondan ibarət olan bir sistemlə təchiz edərək, dronların səsi qəbul edərək hərəkət edə bilməsini təmin etdi. Beləcə öz yolunu tapa bilən dronlar üçün yeni bir addım atıldı.
SIAM Journal on Applied Algebra and Geometry adlı jurnalda nümayiş olunan araşdırma, bu texnologiyanın vasitə park sistemləri və qüsurlu insanların istiqamət tapma mövzusunda köməkçi kimi sahələrdə istifadə edilə biləcəyi ifadə edildi.
Yarasalar istiqamət tapmaq üçün səs buraxır. Səs dalğalarının özlərinə geri qayıtma müddətinə görə məsafələri, dalğaların pozulub pozulmadığına görə də yol üzərindəki obyektləri təyin edirlər.
Təcrübədəki dronlar da təqribən eyni formada işləyir. Dinamikdən verilən səsin mikrofondan qəbul edilmə müddətinə və formasına görə vasitə ətrafındakı obyektləri qəbul edir və hərəkət edir. Təcrübədə istifadə edilən vasitələr içində olduqları otağının divarlarını məqsədəuyğun formada təyin edə bildi və özünü zərbələrdən qorudu.
Bu texnologiya gələcəkdə qüsurlu insanların daha asan hərəkət etməsinə və istiqamət tapmasına, vasitələrin daha asan park edə bilməsinə, lazımlı vəziyyətlərdə dronların axtarış xilasetmə işlərində daha məhsuldar olmasına dəstək verəcək.