Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanın İsveçdəki səfirliyi COVID-19 virusunun yayılması ilə bağlı həmyerlilərimizə müraciət edib - FOTO

Azərbaycanın İsveçdəki səfirliyi COVID-19 virusunun yayılması ilə bağlı həmyerlilərimizə müraciət edib - FOTO

Tarix: 17 Mart 2020 12:40

Azərbaycanın İsveç Krallığındakı səfirliyi COVlD-19 koronavirusunun dünyada geniş yayılaraq həmyerlilərimizin də həyat və sağlamlığına təhlükə yaratdığı üçün təmsil olunduğu ölkələrdə yaşayan azərbaycanlılara müraciət edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yaranmış vəziyyətlə əlaqədar səfirlik, İsveç ilə yanaşı həm də Norveç Krallığı və Finlandiya Respublikasında yaşayan, təhsil alan və müvəqqəti olaraq səfərdə olan vətəndaşlarımızın mümkün müraciətlərinin operativ şəkildə cavablandırılması məqsədilə qaynar xətt yaradılıb. Beləliklə +46 76 201 69 57 nömrəli telefona zəng edərək, həmyerlilərimiz yaranmış vəziyyətlə bağlı səfirliyə həftənin 7 günü 24 saat ərzində müraciət edə bilərlər.

Yaranmış epidemioloji vəziyyətlə əlaqədar səfirliyin konsulluq şöbəsi məhdud rejimdə fəaliyyət göstərdiyi üçün, təcili konsulluq məsələləri ilə bağlı həmvətənlərimiz [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.

Qeyd edək ki, Azərbaycanın İsveç Krallığındakı səfirliyi həmyerlilərimizə COVID-19 virusundan effektiv şəkildə qorunmaq üçün İsveç, Norveç və Finlandiya dövlət səhiyyə qurumlarının yaydığı məlumat və tövsiyələri diqqətlə izləməyi, sanitar və gigiyena, qaydalara riayət etməyi tövsiyə edib.

Milli.Az


Etiketlər:  Azərbaycanın İsveçdəki səfirliyi COVID 19 virusunun yayılması ilə bağlı həmyerlilərimizə müraciət edib FOTO


RƏYLƏR