Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2020 14:08
Koronavirus pandemiyasına rəğmən UFC 249-un proqramına daxil edilən Həbib Nurməhəmmədov - Toni Ferqyuson döyüşü baş tutacaq.
Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, təşkilatın prezidenti Deyna Uayt bu barədə ESPN-in jurnalisti Brett Okamotoya məlumat verib:
"Həbib - Ferqyuson döyüşü baş tutacaq. Yəqin ki, ABŞ-da yox... Azarkeşlərsiz keçirilmə ehtimalı da var. Amma bu döyüş baş tutacaq".
Sözügedən döyüş aprelin 18-nə təyin olunub.