Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan XİN Şri-Lankada baş verən terror aktlarını pisləyib

Azərbaycan XİN Şri-Lankada baş verən terror aktlarını pisləyib

Tarix: 21 Aprel 2019 15:39

Bakı. Trend:

Azərbaycanın Xarici İşlər Nazirliyi Şri-Lankada baş verən terror aktlarını pisləyib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN-nin "Twitter" səhifəsində bildirilir.

Məlumatda deyilir: "Biz Şri-Lankanın kilsələrində və otellərində baş verən və çox sayda günahsız insanın həlak olmasına və yaralanmasına səbəb olan terror aktlarını pisləyirik. Biz həlak olanların ailələrinə və Şri-Lanka xalqına dərin hüznlə başsağlığımızı bildiririk, yaralıların tez bir zamanda sağalmasını diləyirik".

Qeyd edək ki, Şri-Lankada Pasxa bayramı zamanı Kolombo şəhərində və ölkənin digər yerlərində yerləşən otellərdə və kilsələrdə 8 partlayış törədilib.

Son məlumatlara əsasən, partlayışlar nəticəsində 185 nəfər həlak olub, təxminən 500 nəfər yaralanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan XİN Şri Lankada baş verən terror aktlarını pisləyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ