Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xaçmaz KOB sahibkarlar üçün məsləhət xidmətləri distant formada davam etdirir

Xaçmaz KOB sahibkarlar üçün məsləhət xidmətləri distant formada davam etdirir

Tarix: 17 Mart 2020 16:48

Xaçmaz KOB İnkişaf Mərkəzində sahibkarlar üçün məsləhət xidmətləri distant formada davam etdirilir.

Milli.Az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Trend-ə bildirilib ki, koronavirus (COVİD-19) infeksiyasının yayılmasına qarşı preventiv tədbirlər çərçivəsində Azərbaycan Respublikasının KOBİA sahibkarlıq subyektləri üçün keçirilən təlimlər müvəqqəti olaraq dayandırılıb.

KOB İnkişaf Mərkəzi tərəfindən göstərilən məsləhət xidmətləri isə distant formada davam etdirilir. Sahibkarlıq fəaliyyəti ilə bağlı Xaçmaz KOB İnkişaf Mərkəzinin məsləhət xidmətlərindən istifadə etmək istəyən mikro, kiçik və orta sahibkarlıq subyektləri qeyd olunan əlaqə vasitələrinə müraciət edə bilərlər:

Telefon/Whatsapp (055) 222 15 04 (Rauf Əliyev)
E-mail: [email protected]

Milli.Az


Etiketlər:  Xaçmaz sahibkarlar üçün məsləhət xidmətləri distant formada davam etdirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ