Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş infeksionist: ''Azərbaycanda indiyədək koronavirusa yerli yoluxma halı qeydə alınmayıb''

Baş infeksionist: ''Azərbaycanda indiyədək koronavirusa yerli yoluxma halı qeydə alınmayıb''

Tarix: 17 Mart 2020 17:00

Azərbaycanda indiyədək koronavirusa yerli yoluxma halı qeydə alınmayıb.

Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, ölkə daxilində bir şəxsdən digər şəxsə koronavirusa yoluxma halı müşahidə edilməyib.

C.İsayev əlavə edib ki, Azərbaycanda indiyədək qeydə alınan yoluxma hallarının hamısı gətirilmə hal olub:

"Azərbaycanda koronavirusa yoluxma halları əsasən, İrandan gələnlər arasında qeydə alınıb. Koronavirusa yoluxanların hamısının karantin rejimində saxlanılması təmin edilib".

Qeyd edək ki, hazırda xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altında olan bütün aktiv koronavirus xəstələrinin müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Azərbaycan koronavirusla mübarizə aparmaq üçün kifayət qədər dərman və tibbi ləvazimat ehtiyatlarına malikdir.


Etiketlər:  Baş infeksionist Azərbaycanda indiyədək koronavirusa yerli yoluxma halı qeydə alınmayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ