Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2020 17:30
Bakı. Trend:
Ölkə həyatının müxtəlif sahələrində böyük layihələr reallaşdıran “Azersun Holding” daha bir sosial layihə həyata keçirib.
Trend-in məlumatına görə, bütün dünyada pandemiya halını alan, Azərbaycanda da qeydə alınan koronavirus infeksiyasına (COVİD 19) qarşı dövlət tərəfindən həyata keçirilən mübarizə tədbirlərinə dəstək olaraq “Azersun Holding” risk qrupuna aid olan yaşlı və müxtəlif xəstəliklərdən əziyyət çəkən insanları evlərində ziyarət edib.
Masazır və ətraf ərazilərdə yaşayan risk qrupuna daxil həmvəvətlərimizə Şirkətlər Qrupu tərəfindən istehsal olunan məhsullardan ibarət bayram sovqatları hədiyyə edilib. Layihə risk qrupuna daxil həmvətənlərimizin evlərindən kənara çıxmaması, bununla da virusa yoluxma riskinin azaldılması məqsədilə həyata keçirilib.
Qeyd edək ki, “Azersun Holding” nəzdində fəaliyyət göstərən bütün istehsal müəssisələri, satış, təminat komandası və Şirkətlər Qrupuna daxil pərakəndə satış şəbəkələri tam qüvvəsi ilə fəaliyyətinidavam etdirir.