Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Nağd yox, kartla ödəniş edin, çöldən evə heç nə gətirmədiyinizə əmin olun'' - Ekspert virusdan qorunmağın yollarını göstərir

''Nağd yox, kartla ödəniş edin, çöldən evə heç nə gətirmədiyinizə əmin olun'' - Ekspert virusdan qorunmağın yollarını göstərir

Tarix: 17 Mart 2020 19:56

ÜST-ün və Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı əhaliyə vacib olan tövsiyələri vardır ki, insanlar buna ciddi yanaşmalıdır. Çölə çıxanda maskadan istifadə etmək, əlləri yumaq, spirtlə təmizləmək, iş yerlərini dezinfeksiya etmək və s. kimi önləyici profilaktik tədbirlər görmək çox vacibdir. ÜST-ün və Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı tövsiyə və təlimatlarında əsas iki məsələ diqqət çəkir. Bunlardan birincisi ətraf mühit ilə səthi təmas, digəri isə virusa qarşı insan bədəninin immunitetinin güclü olmasıdır.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev virusa yoluxmamaq üçün necə davranmaq gərəkdiyini Sonxeber.net vasitəsi ilə diqqətinizə çatdırır: 

"Əllərimizi yuyuruq, spirtləyirik vaxtı-vaxtında bu, öz yerində, ancaq diqqət yetirməli olan bir neçə nüansı qeyd etmək istəyirəm .

Marketlərdən alış-veriş edən zaman nağd şəkildə deyil, kartnan etməyə üstünlük vermək və hər kartdan istifadədən sonra kartı dezinfeksiya etmək (pulnan təmas olmasın deyə), marketdən, yaxud aptekdən alış - veriş edib evə gətirdiyiniz məhsulları (yağ, çay, qənd, şəkər tozu, un, düyü və s.) qablaşdırılmış paketdən çıxardıb evdəki qablara boşatmaq və paketləri tullamaq və əlləri yumaqla çöldən içəri heç nə gətirmədiyinə əmin olmaq olar...

Nəzərə almaq lazımdır ki, marketdə o paketlərə sizdən başqada onlarla müştərini əli dəyib. Çöldən (işdən) evə gələndə paltarları digər geyimlərnən eyni şkafa qoymamaq (çöldən içəri heç nə gətirmədiyinə əmin olmaq olar), çöldən evə gələndə ayaqqabını dezinfeksiya etmək, şəxsi əşyaları (saat, bilərzik, müxtəlif aksessuarlar, mobil telefon və s.) hər evə gələndə dezinfeksiya etmək, şəxsi avtomobili hər gün dezinkeksiya etmək (həyət evlərində yaşayanlar avtomobili həyətdə, yaxud qarajda saxlayır, ona görə xüsusi ilə diqqət etməlidir ki, çöldən içəri heç nə gətirmədiyinə əmin olmaq üçün).

Bunlar, sadəcə, xarici səth ilə təması azaltmaq üçündür, digər profilaktik tədbirlər də mütləqdir. İkincisi isə immunitetdir ki, onu da sağlamlıq rəmzi olan hər gün səhərlər 15-20 dəqiqə idman etməklə, qidalanmaya fikir vermək, sağlam qidalar qəbul etmək, alkoqollu içkilər, siqaretə yox deməklə yüksəltmək olar.


Etiketlər:  Nağd kartla ödəniş edin çöldən evə heç gətirmədiyinizə əmin olun Ekspert virusdan qorunmağın yollarını göstərir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ