Tarix: 27 May 2019 15:44
Mövsümün sonunda "Yuventus"la yollarını ayıran Massimiliano Alleqri gələcəyi haqda danışıb.
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis işləməyə tələsmədiyini, hətta bir mövsüm istirahət edə biləcəyini söyləyib:
"Belə bir fürsət yaransa, işimə geri dönəcəyəm. Əks halda isə karyerama 1 il fasilə verə bilərəm. Hələlik heç bir təklifim yoxdur. Ona görə də bu barədə danışmaq mənasızdır".
Alleqri komandanın sükanı arxasına keçəcək yeni məşqçi haqda danışıb: "Kim gəlir-gəlsin, digərlərindən daha güclü olacaq. 90 faiz yenə komandaya çempionluq qazandıracaq".
Qeyd edək ki, Alleqri 2014-cü ilin yayından "Yuventus"u çalışdırırdı.