Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AzTU Elmi Şurasının onlayn iclası keçirildi (FOTO)

AzTU Elmi Şurasının onlayn iclası keçirildi (FOTO)

Tarix: 18 Mart 2020 17:42

Bakı. Samir Əli - Trend:

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının onlayn iclası keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, martın 18-də Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının yeni tərkibdə ilk onlayn iclası keçirilib.

Onlayn iclasda təşkilati, elmi-tədqiqat, tədris və təcrübə işləri ilə bağlı məsələlər, həmçinin ictimaiyyətlə əlaqələr şöbəsinin yenidən təşkili müzakirəyə çıxarılıb.

Elmi Şuranın bütün üzvlərinə aktiv çat sistemi vasitəsilə müzakirə olunan məsələləri görmək, eyni zamanda operativ münasibət bildirəmək imkanı yaradılıb. Şuranın üzvləri müzakirələrdə aktivlik göstərib, sual və təkliflər verib, həmçinin səsvermədə iştirak edib.

Bütün statistik məlumatlar və müzakirələrin nəticələri onlayn sistemdə avtomatik qeyd edilib.

AzTU Elmi Şurasının onlayn iclası keçirildi (FOTO) - Gallery Image AzTU Elmi Şurasının onlayn iclası keçirildi (FOTO) - Gallery Image AzTU Elmi Şurasının onlayn iclası keçirildi (FOTO) - Gallery Image


Etiketlər:  AzTU Elmi Şurasının onlayn iclası keçirildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ