Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Smartfon ekranları üçün ən təhlükəsiz şifrələr açıqlandı – SİYAHI

Smartfon ekranları üçün ən təhlükəsiz şifrələr açıqlandı – SİYAHI

Tarix: 19 Mart 2020 08:56

Dördrəqəmli, yoxsa altırəqəmli şifrələr? Alman və amerikalı tədqiqatçılar smartfon ekranlarını şifrələmək üçün ən təhlükəsiz kodların siyahısını hazırlayıblar.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, araşdırmaya görə, altırəqəmli şifrələr dördrəqəmli şirələrdən daha zəifdir.

Tədqiqatçıların fikrincə, dördrəqəmli kodlar on min kombinasiya, altırəqəmli kodlar isə bir milyon kombinasiyaya malikdir. Lakin istifadəçilər çox zaman asan "sındırılacaq" şifrələrdən istifadə edirlər: "Araşdırmaya əsasən, deyə bilərik ki, insanlar altırəqəmli şifrələrə çox da etibar etmirlər. Yekun olaraq qeyd edək ki, rəqəmsal şifrələr qrafik açanlardan daha etibarlıdır".

Araşdırmaçılar bu şifrələri smartfon ekranları üçün ən təhlükəsiz hesab edirlər: 1234; 0000; 2580; 1111; 5555; 5683; 0852; 2222; 1212; 1998; 123456; 654321; 111111; 000000; 123123; 666666; 121212; 112233; 789456; 159753.


Etiketlər:  Smartfon ekranları üçün təhlükəsiz şifrələr açıqlandı SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ