Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nigeriya vətəndaşı Bakıda kirayədə qaldığı evin sahibini döydü

Nigeriya vətəndaşı Bakıda kirayədə qaldığı evin sahibini döydü

Tarix: 19 Mart 2020 09:51

Bakı. Samir Əli - Trend:

Bakı sakini evində əcnəbi vətəndaş tərəfindən döyülüb. Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Z. Kərimov küçəsi ev 199-da baş verib. Həmin evdə kirayədə yaşayan Nigeriya vətəndaşı, 1989-cu il təvəllüdlü Musa Mədu Palnam mənzili tərk etmək üçün əşyalarını yığarkən ev sahibi, 1984-cü il təvəllüdlü Röcvşən Sovet oğlu Nəsirli ilə aralarında mübahisə baş verib. Mübahisə nəticəsində Nigeriya vətəndaşı ev sahibini döyüb. R. Nəsirli burun sınığı ilə xəstəxanaya yerləşdirilib.

Araşdırmalar zamanı məlum olub ki, Nigeriya vətəndaşı Musa Mədu Palnam Qərbi Xəzər Universitetində hazırlıq kursu keçmək üçün Azərbaycana gəlib.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Nigeriya vətəndaşı Bakıda kirayədə qaldığı evin sahibini döydü


RƏYLƏR