Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2020 10:44
Martın 19-na keçən gecə AZAL aviaşirkəti tərəfindən Budapeşt-Bakı istiqaməti üzrə yerinə yetirilmiş çarter reysi ilə 123 Azərbaycan vətəndaşı vətənə qayıtmışdır.
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətin-dən Sonxeber.net-a bildirilib ki, bu, Azərbaycanın Milli aviadaşıyıcısının Avropadan artıq ikinci çarter reysidir - dünən Romadan Bakıya 161 nəfər sərnişin gətirilmişdir.
Həmçinin, martın 19-na keçən gecə İstanbul- Bakı istiqaməti üzrə 237 nəfər Azərbaycan vətəndaşının olduğu növbəti çarter reysi yerinə yetirilmişdir.
AZAL və "Aeroflot" aviaşirkətləri razılaşma əsasında Rusiyadan (Moskva və Sankt-Peterburq) çarter reyslərini həyata keçirməyə davam edirlər. Bu günə qədər həmin reyslərlə Bakıya 697 nəfər Azərbaycan vətəndaşı gətirilmişdir.
Azərbaycanın Milli aviadaşıyıcısı bu istiqamətdə işləri davam etdirəcəkdir.