Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beynəlxalq Əmək Təşkilatından ŞOK: 25 milyon nəfər işsiz qala bilər

Beynəlxalq Əmək Təşkilatından ŞOK: 25 milyon nəfər işsiz qala bilər

Tarix: 19 Mart 2020 15:12

Beynəlxalq Əmək Təşkilatı koronavirus pandemiyası ilə əlaqədar genişmiqyaslı işsizlik proqnozlaşdırıb.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, mütəxəssislər hesab edir ki, dövlətlər işçilərin müdafiəsi üçün təcili tədbirlər görməsə, 25 milyon şəxs iş yerlərindən məhrum ola bilər.

Müqayisə üçün qeyd edək ki, 2008-ci ildə qlobal maliyyə böhranı nəticəsində 22 milyon nəfər işsiz qalmışdı.

Xatırladaq ki, bu günədək dünyanın 176 ölkəsində 220 313 nəfər koronavirusa yoluxub, 8 983 nəfər vəfat edib.


Etiketlər:  Beynəlxalq Əmək Təşkilatından ŞOK milyon nəfər işsiz qala bilər


RƏYLƏR