Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2020 17:52
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 18-də 24,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,64 dollar/barel azdır.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 22,73 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,34 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 16,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,09 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 22,99 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 4,81 dollar/barel azdır.