Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2020 22:40
Məlum olduğu kimi, koronavirus pandemiyasına görə, hava limanlarının əksəriyyətində uçuşlar müvəqqəti təxirə salınıb. Sərnişinlərin daha öncədən aldığı biletlərin ödənişləri isə aviasiya şirkətləri tərəfindən onlara geri qaytarılacaq.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu xəbərdən istifadə edən hakerlər yeni fırıldaqçılığa əl atıblar.
Reysləri təxirə düşən şəxslərə zəng edən cinayətkarlar onlara pullarını geri qaytaracaqlarını deyirlər. Zəng zamanı hakerlər insanlara ya pulu ödəməyi, ya da reyslərini başqa vaxta salmağı təklif edirlər. Onlar həmin şəxslərdən bank kartlarının fərdi məlumatlarını alaraq, kartda olan vəsaiti oğurlayırlar.
Qeyd edək ki, "Аeroflot" şirkətinin müştəriləri artıq bu fırıldaqçılıqla üzləşiblər. Bir neçə sərnişinin bank kartından vəsait oğurlanıb. Sözügedən şirkətdən bilet almış şəxslərin kimliyi hakerlərin əlinə necə keçib hələ ki, sual altındadır.
Mütəxəssislər biletə görə ödəniş alacaq şəxslərə ehtiyatlı olmağı tövsiyə edir: "Telefon vasitəsilə bank kartının məlumatlarını istəyən şəxslərin kimliyini aviasiya şirkətləri ilə dəqiqləşdirin".