Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aydın Mirzəzadə: Prezidentin şəxsən iştirak etdiyi beynəlxalq konfranslar xarici ticarətdə iqtisadi əlaqələrin qurulmasına səbəb olur

Aydın Mirzəzadə: Prezidentin şəxsən iştirak etdiyi beynəlxalq konfranslar xarici ticarətdə iqtisadi əlaqələrin qurulmasına səbəb olur

Tarix: 20 Mart 2020 09:36

Cənab Prezident İlham Əliyevin Novruz təbriki, insanlarla səmimi münasibəti deyərdim ki, növbəti hesabatıdır.

Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyev təbrik sözləri ilə yanaşı, eyni zamanda dövlətin, hökumətin son dövrlərdəki fəaliyyəti ilə bağlı bir çox məqamlara toxunub:

"Həmin məqamlardan biri beynəlxalq aləmdə Azərbaycanın fəaliyyəti ilə bağlıdır. Azərbaycanın apardığı xarici siyasət onun beynəlxalq birlikdə yüksək nüfuzunun olmasına, Azərbaycanla digər dövlətlərin münasibətlərinin genişlənməsinə səbəb olur. Cənab Prezident bununla bağlı çox maraqlı fikirlərə də toxundu. Prezidentin şəxsən iştirak etdiyi beynəlxalq konfranslar ölkənin tanınmasına, xarici ticarətdə iqtisadi əlaqələrin qurulmasına səbəb olur. İlham Əliyev məhz o əlaqələr nəticəsində, ölkəyə 100 milyardlarla investisiyanın qoyulması barədə bir neçə misal çəkdi. Eyni zamanda, beynəlxalq konfranslarla birlikdə Dağlıq Qarabağ məsələsinə dair Azərbaycanın mövqeyinin geniş təbliğ olunması da xüsusən vurğulandı".

A.Mirzəzadə qeyd edib ki, Davos İqtisadi Forumunun Dördüncü Sənayə inqilabı ilə bağlı Azərbaycanda mərkəzinin yaradılması, ölkənin qazandığı çox böyük bir uğur hesab edilə bilər:

"Bu siyasi nüfuzumuzda, eyni zamanda Azərbaycanın böyük bir region üçün, bir sıra iqtisadi məsələlərdə mərkəzə çevirilməsindən xəbər verir. Cənab Prezident təbrik çıxışında beynəlxalq tədbirlərdə Azərbaycanın Dağlıq Qarabağ məsələsinə dair məlumatların geniş yayılmasına da toxundu. Prezident xüsusən də Münhen Təhlükəsizlik Konfransında birinci dəfə baş tutan Azərbaycan və Ermənistan rəhbərlərinin disputunda, Azərbaycanın böyük siyasi qələbə qazandığını bildirdi.

Münhen konfransının auditoriyası 100 milyon nəfərlərlə ölçülür və o auditoriyanı qərar qəbul edənlərin, ictimai fikir formalaşdıranların, siyasətə qibtə edənlərin auditoriyası adlandırmaq olar. Cənab Prezidentin disputda söylədiyi fikirlər, Ermənistanın Dağlıq Qarabağla bağlı beynəlxalq aləmdə apardığı çirkin təbliğat işinə ciddi bir zərbə oldu".

Millət vəkili sonda əlavə edib ki, Prezidentin Novruz təbrikində xarici siyasətlər məsələlərinə xüsusi yer ayırmasını, Azərbaycanın aparıdığı siyasətin beynəlxalq aləmdə dəstəkləndiyinin, yüksək qiymət verildiyinin daha bir göstəricisi hesab etmək olar.


Etiketlər:  Aydın Mirzəzadə Prezidentin şəxsən iştirak etdiyi beynəlxalq konfranslar xarici ticarətdə iqtisadi əlaqələrin qurulmasına səbəb olur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ