Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2020 13:18
Koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükələrin qarşısının alınması məqsədilə "Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən zəruri tədbirlərin icrası davam etdirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına uyğun olaraq "Azərsu" ASC-də vətəndaşların müraciətlərinin qəbulu rejiminə müvafiq dəyişikliklər edilib.
ASC-dən Sonxeber.net-a bildirilib ki, vətəndaş qəbuluna müvəqqəti məhdudiyyətlərinin tətbiqi ilə əlaqədar müraciətlərin internet vasitəsilə "Skype" proqramı üzərindən aparılması xidməti təşkil olunub. Proqrama daxil olan vətəndaşlar aşağıda qeyd olunan ünvanlara qoşulmaqla müraciət edə bilərlər. "Skype" vasitəsilə videoqəbul 20-28 mart 2020-ci il tarixlərində saat 10:00-dan 16:00-dək aparılacaqdır.
Bununla yanaşı, "Whatsapp" xidməti vasitəsilə də müraciətlərin qəbuluna start verilib. Vətəndaşların hər hansı bir sualı yaranarsa (+99455) 209-95-59 nömrəsi vasitəsilə istənilən vaxt "Azərsu" ASC-yə müraciət edə bilərlər.
Qeyd edək ki, vətəndaşlar müraciətlərini telefon rabitəsi (431-47-67, daxili 12-20, 11-92) və elektron qaydada (www.azersu.az rəsmi internet səhifəsinin onlayn çat və elektron xidmətlər bölməsi) ünvanlaya bilərlər.
Təşkilatın adı |
"Skype" ünvanı |
"Azərsu" ASC-nin Aparatı |
azersu.aparat1, azersu.aparat2, azersu.aparat3 |
Sabunçu Sukanal İdarəsi |
Sabuncu.Sukanal |
Suraxanı Sukanal İdarəsi |
Suraxani.Sukanal |
Xəzər Sukanal İdarəsi |
Xezer.Sukanal |
Nizami Sukanal İdarəsi |
Nizami.Sukanal |
Nəsimi Sukanal İdarəsi |
Nəsimi.Sukanal |
Səbail Sukanal İdarəsi |
Sebail.Sukanal |
Yasamal Sukanal İdarəsi |
Yasamal.Sukanal |
Xətai Sukanal İdarəsi |
Xatai.Sukanal |
Nərimanov Sukanal İdarəsi |
Narimanov.Sukanal |
Binəqədi Sukanal İdarəsi |
Binaqadi.Sukanal |
Qaradağ Sukanal İdarəsi |
Qaradağ.Sukanal |
Abşeron Sukanal İdarəsi |
Absheron.Sukanal |
Sumqayıt Sukanal İdarəsi |
Sumqayit.Sukanal |
Bağlar Sukanal İdarəsi |
Baglar.Sukanal |