Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanla Gürcüstan arasında yalnız bir sərhəd keçid məntəqəsi işləyəcək

Azərbaycanla Gürcüstan arasında yalnız bir sərhəd keçid məntəqəsi işləyəcək

Tarix: 22 Mart 2020 21:18

Azərbaycanda olan Gürcüstan vətəndaşları ölkəyə yalnız "Qırmızı Körpü" keçid məntəqəsi vasitəsi ilə daxil ola biləcəklər.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, müvafiq qərar Gürcüstanın Baş naziri Qeorqi Qaxariyanın başçılıq etdiyi İdarələrarası Əlaqələndirmə Şurasının iclasında qəbul edilib.

Qeyd edək ki, yeni koronavirusun Gürcüstan ərazisinə yayılması ilə əlaqədar martın 14-də bir aylıq - aprelin 21-dək fövqəladə vəziyyət elan edilib.

Fövqəladə hallar müddətində Gürcüstanın hava, quru və dəniz sərhədi sərnişinlər üçün bağlanacaq. Malların daşınması, həmçinin vətənə qayıtmaq niyyətində olan Gürcüstan vətəndaşlarını qəbul etmək hələ də mümkün olacaq:

"Bu mərhələdə malların maneəsiz daşınacağı və Gürcüstan vətəndaşlarının yalnız "Qırmızı Körpü" keçid məntəqəsindən keçə biləcəyi qərara alınıb".

Qeyd edilir ki, ölkədəki epidemioloji vəziyyəti qiymətləndirdikdən və səhiyyə sektorunun nümayəndələri ilə məsləhətləşdikdən sonra müvafiq qərar qəbul edilib.

Martın 22-də səhər saatlarında Gürcüstanda yeni koronavirus yoluxmalarının ümumi sayı 49-dan 54-ə yüksəlib.

Hazırda Gürcüstanda 291 nəfər karantindədir.


Etiketlər:  Azərbaycanla Gürcüstan arasında yalnız sərhəd keçid məntəqəsi işləyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ