Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İspaniya futbolunda qalmaqal - klub prezidenti saxlanıldı

İspaniya futbolunda qalmaqal - klub prezidenti saxlanıldı

Tarix: 28 May 2019 17:36

İspaniya futbolunda danışılmış oyunlarla bağlı növbəti qalmaqal yaşanıb.

Qol.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, mövsümün sonunda La Liqanı tərk edən "Hueska" klubunun ofisində aparılan araşdırmalardan sonra oyun alqı-satqısında günahlandırılan bir neçə nəfər ispan polisi tərəfindən saxlanılıb. Onların arasında aşağı dəstəyə düşən klubun prezidenti Aqustin Lasaos və tibb departamentinin sədri Xuan Qalinda Lausla yanaşı, "Real"ın sabiq futbolçusu Raul Bravo da var. Digər saxlanılanlar isə Samu Says ("Hetafe"), İniqo Lopes Montanya ("Deportivo"), sabiq "Valyadolid"li Borxa Fernandes və keçmiş "Las-Palmas"lı Karlos Arandadır.

Qeyd edək ki, danışılmış oyunun ötən ilin sonlarında oynanıldığı ehtimal olunur.

 


Etiketlər:  İspaniya futbolunda qalmaqal klub prezidenti saxlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ