Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İqtisadiyyat Nazirliyi müəssisə və şirkətlərdə işçilərin həftəlik növbə əsasında 50 faizinin işə cəlb olunmasını tövsiyə edir

İqtisadiyyat Nazirliyi müəssisə və şirkətlərdə işçilərin həftəlik növbə əsasında 50 faizinin işə cəlb olunmasını tövsiyə edir

Tarix: 24 Mart 2020 22:04

Bakı. Trend:

Koronavirus pandemiyasının (COVİD-19) yayılması təhlükəsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin həyata keçirildiyini və obyektlərdə koronavirusa yoluxma halı qeydə alınarsa, həmin şəxslə (şəxslərlə) birlikdə işçilərin tam tərkibdə karantinə alınacağını nəzərə alaraq, iş fəaliyyəti məhdudlaşdırılmayan həyat əhəmiyyətli, eləcə də mühüm istehsal, emal və satış obyektlərinin fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə müəssisə və şirkət rəhbərlərinə işçilərin həftəlik növbə əsasında 50%-nin işə cəlb edilməsi tövsiyə olunur.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, obyektdə işləyən şəxsdə (şəxslərdə) koronavirusa yoluxma baş verərsə, həmin şəxslə (şəxslərlə) birlikdə olan digər işçilər tam tərkibdə karantinə alınmalı, müvafiq dezinfeksiya tədbirlərindən sonra işçilərin digər 50%-i ilə obyektin fasiləsiz fəaliyyəti təmin edilməlidir.


Etiketlər:  İqtisadiyyat Nazirliyi müəssisə şirkətlərdə işçilərin həftəlik növbə əsasında faizinin işə cəlb olunmasını tövsiyə edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ