Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2019 19:56
Andre Villaş-Boaşın "Marsel"ə baş məşqçi təyinatı gerçəkləşib.
Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Portuqaliyalı mütəxəssisin müqavilə müddəti və şərtləri haqda xəbər verilməyib. İtaliya mətbuatı Villaş-Boaşın Fransa təmsilçisində illik 7.2 milyon avro qazanacağını yazıb.
Qeyd edək ki, Boaşın son klubu "Şanxay Telleys" olub. O, 2017-ci ilin noyabrından işsiz idi.