Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2020 13:09
Daim Azərbaycan xalqının mənafeyini düşünən və Azərbaycan vətəndaşının təhlükəsizliyini hər zaman üstün tutan dövlətimiz bütün dünyaya daha bir nümunə göstərdi.
Sonxeber.net bildirir ki, bunu Trend-ə millət vəkili Sevil Mikayılova deyib.
Millət vəkili bildirib ki, bütün dünya ölkələrini öz əsirinə çevirmiş koronavirus bəlası ilə mübarizədə Azərbaycan dövləti düzgün və vaxtında qərarlar verməklə hadisələri qabaqlaya bildi. Daha döğrusu, qəbul edilmiş konkret qərarlar vəziyyəti nəzarət altında saxlamağa imkan verdi:
"COVİD-19 pandemiyası dünya ölkələrinin gözlənilməz fəlakətlərə necə hazır olmasını göstərən bir test oldu, desək, yanılmarıq. Nə qədər təəccüblü olsa da, inkişaf etmış iqtisadiyyata və kifayət qədər müasir səhiyyə sisteminə malik ölkələr bu kataklizmlə mübarizədə aciz qaldılar. Məsələn, Avropa ölkələrində qurbanların sayının daha çox olması, ABŞ-ın virusun episentrinə çevriləcəyi ilə bağlı proqnozlar acı fakt olaraq qalir. Təəssuf hissi ilə qeyd etməliyik ki, qonşu ölkələrdə də vəziyyət həyəcan doğurur".
S.Mikayılova vurğulayıb ki, son hadisələr Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin çox mükəmməl inkişaf yolu keçdiyini, istənilən təhdid və təhlükəyə davamlı olduğunu bir daha göstərdi:
"Qazanılan bütün uğurların əsas mənbəyi xalq-iqtidar birliyidir. Qəbul edilmiş qərarların ictimaiyyət tərəfindən adekvat qarşılanması ölkədə sabitliyin əldə olunması üçün çox vacib amildir. Vətəndaşlarımızın məsuliyyəti, milli birlik hissi bu xəstəliyə qalib gəlməyə imkan verəcək".
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev bu ümumbəşəri bəladan maksimum az itki ilə çıxmaq ücün bütün resursları səfərbər edir:
"Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması bütün vətəndaşları və dövlət qurumlarını cənab Prezidentin bu təşəbbüsü ətrafında birləşdirdi. Qısa müddət ərzində Fondda 60 milyon manat yığılması xalqımızın nə qədər böyük və yüksək keyfiyyətlərə malik olduğunu göstərir".
S.Mikayılova əlavə edib ki, Azərbaycan xalqı yüksək dəyərləri ilə hər zaman seçilib və belə çətin məqamlarda milli dəyərlərimiz və dövlətçilik ənənələrimiz bir çoxlarına örnəkdir:
"Xüsusilə, yaşlı vətəndaşlarımızın səhhətinə göstərilən diqqət və qaygı hər birimizdə məmnunluq doğurur. Əsrlərdən bəri cəmiyyətimizdə mövcud olan bu ali ənənə bu gün dövlət səviyyəsində qorunur və yaşlıların sağlamlıq və təhlükəsizliyi üçün xüsusi addımlar atılır. Bir sozlə, xəstəliyə qalib gəlmək üçün dövlətimizin sərgilədiyi iradə göz qabağındadır və bu məsuliyyətli dönəmdə hər kəs dövlətin dəstəyini hiss edir".