Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2020 18:46
Azərbaycanın tanınmış sığorta şirkətlərindən olan və əsasən aviasiya sığortasında ixtisaslaşmış "İpək Yolu Sığorta" koronavirus (COVID-19) xəstəliyinin ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq irəli sürülən təşəbbüsə qoşulub.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, belə ki, bu məqsədlə "İpək Yolu Sığorta" şirkəti tərəfindən Ölkə Başçısı cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat məbləğində vəsait ayrılmışdır.
Qeyd edək ki, "İpək Yolu Sığorta" fəaliyyətə başladığı ilk gündən respublikanın aparıcı sığorta şirkətləri arasında özünəməxsus yer tutmuşdur. Şirkət müştərilərə 30-a yaxın sığorta növü üzrə xidmətlər, o cümlədən bütün növ aviasiya sığortası, əmlak, avtomobil, yük, məsuliyyət, tikinti, fərdi qəza, elektron cihaz, montaj və digər növlər üzrə peşəkar sığorta xidmətləri təklif edir.
"İpək Yolu Sığorta" koronavirus infeksiyası ("COVID-19") ilə mübarizədə hökumət və Azərbaycan xalqı ilə həmrəyliyini bildirir və pandemiya ilə mübarizədə birlik göstərməyə çağırır.