Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2020 04:28
Bakı. Trend:
Fransada yeni növ koronavirusdan (COVİD-19) 231 nəfər dünyasını dəyişib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə bu barədə ölkənin səhiyyə idarəsinin baş direktoru Jerom Salomon bildirib.
J.Salomon deyib: "Fransada ümumilikdə 25233 koronavirusa yoluxma halı qeydə alınıb, ölənlərin ümumi sayı 1331 nəfərdir, onlardan 231-i son 24 saat ərzində qeydə alınıb".
Onun sözlərinə görə, ölənlərin 86 faizi 70 yaşdan yuxarı şəxslərdir.