Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı gimnast Nərminə Səmədova: Səhvə yol verməsəydim, birinci yeri tutacaqdım

Azərbaycanlı gimnast Nərminə Səmədova: Səhvə yol verməsəydim, birinci yeri tutacaqdım

Tarix: 21 Aprel 2019 20:44

Bakı. Cani Babayeva - Trend:

Bədii gimanstika üzrə II AGF Junior Trophy beynəlxalq turnirində lentlə hərəkətlərdə gümüş medal və topla hərəkətlərdə bürünc medal qazanan Azərbaycan gimnastı Nərminə Səmədova öz çıxışından razı qalıb.

Bunu Trend-ə N.Səmədova mükafatlandırma mərasimindən sonra deyib.

Gimnast bildirib: "Mən nəticədən razı qaldım, lakin daha yaşı çıxış edə bilərdim. Gürzlərlə hərəkətlərdə mən balaca səhvə yol verdim, o səhvə yol verməsəydim, birinci yeri tutacaqdım".

N.Səmədova böyük dəstəyə görə azarkeşlərə minnətdarlığını bildirib: "Əlbəttə, doğma ölkədə çıxış etmək daha rahatdır, çünki səni doğma adamlar dəstəkləyir".

2019-cu ilin iyul ayında Moskvada keçiriləcək gənclər arasında bədii gimnastika üzrə ilk Dünya Çempionatından danışan N.Səmədova qeyd edib ki, Dünya Çempionatına hazırlıq tam sürətlə gedir: "Məşqlərdə maksimum səylə işləyirik, planı yerinə yetirməyə çalışırıq".

Qeyd edək ki, Bakıda 20-21 aprel tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri keçirilib. Yarışda 20 ölkənin 130-a yaxın gənc bədii gimnastı iştirak edib.

Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçiriləcək gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanlı gimnast Nərminə Səmədova Səhvə verməsəydim birinci yeri tutacaqdım


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ