Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniyada koronavirusa yoluxan ilk peşəkar futbolçu sağaldı

Almaniyada koronavirusa yoluxan ilk peşəkar futbolçu sağaldı

Tarix: 26 Mart 2020 10:26

Almaniyada koronavirusa yoluxan ilk peşəkar futbolçu Timo Hyubers ("Hannover") sağalıb.

Qol.az ikinci Bundesliqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçinin dünən verdiyi iki koronavirus testi neqativ çıxıb. Hyubersin karantini tərk edərək norma həyata qayıtdığı bildirilib.

"Mən qaçışı və sərbəst dolaşmağı səbirsizliklə gözləyirəm. Əlbəttə ki, təmaslardakı ümumi məhdudiyyətlərə riayət edəcəyəm" - deyə o söyləyib.

 


Etiketlər:  Almaniyada koronavirusa yoluxan peşəkar futbolçu sağaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ