Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

RGEM: Hər kəs karantin şəraitinə məsuliyyətlə yanaşmalıdır

RGEM: Hər kəs karantin şəraitinə məsuliyyətlə yanaşmalıdır

Tarix: 26 Mart 2020 21:52

Bakı. İlhamə İsabalayeva – Trend:

Koronavirusla əlaqədar hazırkı karantin şəraitinə hər kəs məsuliyyətlə yanaşmalıdır.

Trend-in məlumatına görə, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.

Hazırda gücləndirilmiş rejimdə fəaliyyət göstərdiklərini bildirən Z.Kazımov qeyd edib ki, artıq bütün məktəbəqədər və ümumtəhsil müəssisələrində və əhalinin toplaşdığı ərazilərdə dezinfeksiya işləri aparılıb.

O, dezinfeksiya işlərinin hazırda da davam etdiyini söyləyib.


Etiketlər:  RGEM Hər kəs karantin şəraitinə məsuliyyətlə yanaşmalıdır


RƏYLƏR