Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gədəbəydə elektrik enerjisinin verilişi bərpa edilib

Gədəbəydə elektrik enerjisinin verilişi bərpa edilib

Tarix: 29 May 2019 10:42

Bakı. Trend:

Gədəbəy rayonunda elektrik enerjisinin verilişi bərpa edilib.

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Trend-ə bildirib ki, mayın 28-də Gədəbəy rayonunda güclü leysan rayonun elektrik enerjisi infrastrukturuna ciddi ziyan vurub. Təbiət hadisəsi qurumun əməkdaşlarının fəaliyyətinə maneə yaratsa da hazırda regionda elektrik enerjisinin verilişi bərpa olunub: "Güclü yağış-leysanla əlaqədar 35 kilovoltluq Slavyanka yarımstansiyasından 10 kilovoltluq Slavyanka hava xətti açılıb. Bundan əlavə xəttin dayağı əyilib. Hazırda əməkdaşlarımız baş verən qəzanın nəticələrini aradan qaldırıb. Mövcud əlverişsiz hava şəraiti təmir-bərpa işlərinə mane olsa da, hazırda elektrik verilişi tam bərpa olunub".

T.Mustafayev həmçinin qeyd edib ki, bu gün Gəncədə də yağışlı hava şəraiti hökm sürüb, dolu yağıb. Burada da "Azərişıq" ASC qabaqlayıcı tədbirlər görüb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Gədəbəydə elektrik enerjisinin verilişi bərpa edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ