Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həftəsonu yağış və qar yağacaq - XƏBƏRDARLIQ

Həftəsonu yağış və qar yağacaq - XƏBƏRDARLIQ

Tarix: 27 Mart 2020 15:38

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində hava şəratinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Departamentdən Sonxeber.net-a verilən məlumata görə, bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra, martın 29-u cənub rayonlarında, martın 30-dan 31-dək isə əksər rayonlarda hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı, çaylarda sululuğun artacağı ehtimalı var.


Etiketlər:  Həftəsonu yağış yağacaq XƏBƏRDARLIQ


RƏYLƏR