Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Ronalduya çox şey öyrətmişəm” - Nani

“Ronalduya çox şey öyrətmişəm” - Nani

Tarix: 27 Mart 2020 18:36

Portuqaliya milli komandasının və "Mançester Yunayted"in keçmiş futbolçusu Nani maraqlı açıqlama verib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Nani, eyni komandada çıxış etdiyi 5 futbolçudan ibarət rəmzi komanda yaradıb:

"Qapıya David de Xeanı qoyaram. Mənim üçün dünyanın ən yaxşı qapıçılarından biridir. De Xea yaxın dostumdur, ancaq özü ilə eynək götürməlidir. Çünki eynəksiz heç nə görə bilmir.

Müdafiəyə Bruno Alveşi qoyacam. Bir müdafiəçi üçün çox texnikalıdır. Nə lazımdırsa, onu da edir. Yarımmüdafiədə də Deko ilə Pol Skoulz olacaq. Onlar meydanda çox şey edir. Deko mənim kumirlərimdən biridir, ondan çox şey öyrənmişəm.

Hücumda isə Kriştianu Ronaldu yer alacaq. O bacarıqlı futbolçudur, sürətli ayaqları var. Gənc yaşlarında hər şeyi məndən öyrəndi. Ronaldoya çox şey öyrətmişəm".

Nani hazırda ABŞ-ın "Orlando Siti" klubunda forma geyinir.

Milli.Az


Etiketlər:  Ronalduya çox şey öyrətmişəm Nani


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ