Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2020 23:46
Ərzaq mağazalarında (topdan və pərakəndə satış obyekti, bazar, yarmarka və s.) spirt tərkibli məhlul və ya digər maddələrlə dezinfeksiya edilməsi vacib olan sahələr açıqlanıb.
Sonxeber.net bildirir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Trend-ə verilən məlumata görə, bu sahələr aşağıdakılardır:
✅ Qapı və qapı tutacaqları
✅ İstehlakçıların şəxsi əşyalarının saxlanılması üçün nəzərdə tutulan dolablar və tutacaqları
✅ Ödəniş terminalları
✅ Kassada yerləşən konveyerlər
✅ Məhsulların saxlandığı rəf, stellaj, daşındığı araba və səbətlər
✅ Çoxmərtəbəli müəssisələrdə eskalatorlar və tutacaqları, liftlər
✅ Soyuducuların tutacaqları
✅ Tullantı qabları