Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur insayder gələn ilki smartfon ekranlarında olacaq yeni trenddən xəbər verdi

Məşhur insayder gələn ilki smartfon ekranlarında olacaq yeni trenddən xəbər verdi

Tarix: 28 Mart 2020 07:32

Ice Universe ləqəbli məşhur insayder öz bloqunda flaqman smartfon modellərinin ekranlarında reallaşdırılacaq yeni trend barəsində danışıb. Onun sözlərinə əsasən bu ilki smartfonlarda istehsal olunan kənarları əyilmiş ekranların yerinə gələn il hər 4 tərəfi əyilmiş ekranlar gələcəklər. Bu barədə 4pda saytı xəbər verib. Onun sözlərinə əsasən gələn ilki smartfonların ekranları 2 tərəfdən deyil 4 tərəfdən də əyilmiş olacaq.

    Maraqlısı ondadır ki, Ice Universe sözügedən trendin olacağını hələ 2019-cu ildə proqnozlaşdırmışdı. Lakin bu il smartfon istehsalçıları öz məhsullarının ekranlarının yalnız kənar hissələrində əyilmiş dizayn reallaşdırırlar. İnsayderin fikrincə bu yeni dizayn ilk öncə flaqman smartfonlarda reallaşdırılacaq. O qeyd edib ki, bu dizaynı həyata keçirəcək ilk şirkət isə Huawei olacaq. İnsayder Huawei şirkətinin hansı smartfon modellərinin bu cür dizaynda hazırlanacağı barəsində məlumat verməyib. 

Milli.Az


Etiketlər:  Məşhur insayder gələn ilki smartfon ekranlarında olacaq yeni trenddən xəbər verdi


RƏYLƏR