Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Apple şirkəti bu ilki iPhone 12-nin təqdimatını ləğv edə bilər

Apple şirkəti bu ilki iPhone 12-nin təqdimatını ləğv edə bilər

Tarix: 28 Mart 2020 07:52

Dünyada yayılan koronavirus pandemiyası artıq bir çox smartfon istehsalçısının işlərinə təsir göstərib. Bu məsələdə Apple şirkəti də itisna deyil. Bir sıra mənbələrin verdikləri məlumatlara əsasən dünyada hökm sürən vəziyyət çərçivəsində Apple şirkəti özünün 5G dəstəkli ilk smartfonunu təqdim etməyə hazır deyil. Beləliklə hər ilin sentyabr ayında keçirilən təqdimat bu il ləğv edilmə ehtimalı ilə qarşı-qarşıyadır. Bu barədə Digitaltrends.com saytı xəbər verib. Məlumata əsasən Apple şirkətinin istehsalat xətlərində olan problemlər səbəbilə şirkət yeni iPhone modellərinin satışlarına bir qədər gec start verə bilər.

Belə ki, şirkət daha öncə satışların sentyabr ayında başlamasını planlaşdırırdı. Jurnalistlər sentyabrdakı təqdimat tədbirinin ləğv olunacağı məlumatını şirkətə yaxın olan 3 mənbədən əldə ediblər. Əgər təqdimat ləğv olunmasa və Apple şirkəti yeni iPhone modellərini təqdim etsə belə, onlar məhdudlaşdırılmış sayda satışa çıxacaqlar. İnsayderlərin fikirlərinə əsasən bu halda stabil istehsalat miqyasını 2021-ci ildən tez reallaşdırmaq mümkün olmayacaq.

Apple şirkətini narahat edən daha bir hal ondan ibarətdir ki, koronavirus pandemiyasının yaratdığı qlobal vəziyyət çərçivəsində alıcıların yeni iPhone modellərinə tələbatları aşağı düşə bilər. Bu halda onlar sadəcə olaraq yeni iPhone modellərinin alınmasından imtina edəcəklər və bu isə öz növbəsində şirkətin 5G dəstəkli ilk iPhone modelinin satışlarına ciddi təsir göstərəcək. Gözləntilərə əsasən sentyabrdakı təqdimatın keçirilib-keçirilməməsi barəsində yekun məlumat may ayında veriləcək. Ən pis halda şirkət iPhone 12-nin təqdimatını 2021-ci ildə keçirdəcək.


Etiketlər:  Apple şirkəti ilki iPhone təqdimatını ləğv edə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ