Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ölkədə olma müddəti bitənlər haqda AÇIQLAMA

Ölkədə olma müddəti bitənlər haqda AÇIQLAMA

Tarix: 28 Mart 2020 15:32

Dövlət Miqrasiya Xidmətinin tərəfindən verilmiş elanlarda qeyd olunduğu kimi Koronavirus infeksiyasının (COVİD-19) yayılması nəticəsində yaranmış vəziyyət nəzərə alınaraq ölkəmizdə olduğu yer üzrə qeydiyyata alınıb, olma müddəti 16 mart-30 aprel tarixləri aralığında bitən (və bitəcək) və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin müraciətləri Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş hesab edilib.

Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsindən Sonxeber.net-a verilən məlumata görə, DMX tərəfindən olma müddəti 16 martdan 31 mart 2020-ci il tarixədək şəxslərin müvəqqəti olma müddətinin uzadılması ilə bağlı qərarlar artıq qəbul edilib. Müvəqqəti olma müddəti 30 aprel 2020-ci il tarixinədək olan şəxslərlə bağlı isə Dövlət  Miqrasiya Xidməti tərəfindən mərhələli qaydada qərarlar qəbul olunacaq.

Bununla bağlı məlumatlar qısa müddət ərzində  Dövlət  Miqrasiya Xidmətinin rəsmi internet saytında yerləşdiriləcək.

Qeyd edilib ki, qəbul edilmiş qərarlar əsasında əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yalnız dövlət rüsumunu ödədikdən sonra ölkədə qalmaq hüququ əldə etmiş olur (rüsumlarla bağlı ödəniş nömrələri isə artıq DMX-nın internet saytında (https://eservice.migration.gov.az/public/payments-search) yerləşdirilib).


Etiketlər:  Ölkədə olma müddəti bitənlər haqda AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ