Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2020 10:24
Bakı. Trend:
Hindistanda aşkar edilən koronavirus infeksiyasına yoluxma hallarının sayı son gündə 145 nəfərdə artaraq 979 təşkil etdi.
Trend-in məlumatına görə, bu barədə Hindistan Səhiyyə və Ailənin Rifahı Nazirliyinin saytında xəbər verilib.
Şənbə günü səhər xəstələrin sayının 834 olduğu bildirilirdi. Nazirlikdən verilən məlumata görə, Hindistanda bu anda 867 xəstə müalicə olunur. Yoluxanların arasında - 48 xarici vətəndaş var. Ümumilikdə 87 nəfər sağalıb, 25-i nəfər ölüb.
Hindistanda koronavirusun yayılmasına qarşı ciddi tədbirlər görülür. Martın 23-də Baş nazir Narendra Modi bütün vilayətlərin və ərazilərin səlahiyyətlilərinə 14 aprel tarixinə qədər xüsusi rejimin qorunması tədbirlərinə ciddi riayət etmələri üçün göstərişlər verib. Vətəndaşlara heç bir yerə getməmək və evdən çıxmamaq tapşırılıb. Yeni Dehli, Mumbai, Kalkutta, Çennai və Banqalor da daxil olmaqla bütün şəhərlərə giriş bağlanılıb.